Paris Bakıya savaş açdı: Leyla Abdullayeva da geri çağırılacaq?

Paris Bakıya savaş açdı: Leyla Abdullayeva da geri çağırılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağrılmasını Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək olar.

Tribunainfo.az yazr ki, bu barədə danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, səfirin Fransa prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi bunun əlamətidir:

“Başda Fransa prezidenti olmaqla bu ölkənin siyasi mərkəzlərinin anti-Azərbaycan siyasəti Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyətini də çətinləşdirmişdi. Başqa cür olması da çətindir. Fransa səfirinin nümayişkənarə şəkildə Parisə çağrılması rəsmi Bakını da adekvat addıma məcbur edə bilər, yəni Azərbaycanın da Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağrılacaq”.

Nigar