Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.
İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.
Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.