Paris-2024-də tennis üzrə kişilərin fərdi yarışlarında serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.
Finalda serbiyalı məşhur tennisçinin rəqibi ispaniyalı Karlos Alkaras olub.
“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçusu olan N.Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.