Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Qaynarinfo-nun məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.