Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarını medalsız başa vurub.
Tribunainfo.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan idmançının 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayev finala vəsiqə qazana bilməyib.
Nəticədə H.Əliyev də medal şansından məhrum olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.