Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Tribunainfo.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.