Paris-2024: 100 qram çəkiyə görə olimpiya medalından məhrum oldubackend

Paris-2024: 100 qram çəkiyə görə olimpiya medalından məhrum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hindistanlı qadın güləşçi Vineş Poqat artıq çəkiyə görə olimpiadanın final mərhələsindən məhrum edilib.
Tribunainfo.az  xəbər verir ki, Poqat 50 kq-a qədər çəki dərəcəsində mübarizə aparıb.
Avqustun 7-də hindistanlı atlet amerikalı Sarah-Ann Hildebrandla yarışmalı idi. Finalda Poqat əvəzinə kubalı Yusneilis Quzman çıxış edəcək.
“İndia Today” iddia edir ki, avqustun 7-də Poqat Paris xəstəxanalarından birinə yerləşdirilib. Bütün gecəni arıqlamağa çalışıb. O bütün gecəni uzunluğa tullanıb, qaçıb və velosiped sürüb, lakin bu, istənilən nəticəni verməyib.
Hindistan komandasının baş həkimi Vinşav Pardivala, avqustun 7-də səhər çəkilişə başlamazdan əvvəl Vineş Poqatın çəkisini azaltmaq üçün kəskin tədbirlər görüldüyünü deyib. Lakin 100 qram artıq çəki onun final arzusunu gözündə qoyub.