Oskar mükafatlı “Parazit” filmin aktyoru Li Sun Kyun öldüyü açıqlanıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ölkənin Yonhap xəbər agentliyi aktyorun intihar edə biləcəyindən şübhələnildiyini yazıb.
Cənubi Koreya mediası aktyorun səhər saatlarında tapıldığını açıqlayıb.
Li Sun Kyun Cənubi Koreyaya Ən Yaxşı Film Oskarını qazandıran Parazit filmində baş rolda oynayıb.
Həmçinin bildirilir ki, Li Sun Kyunun yanında tüstülənən kömür bloku olub.
Liyə qarşı marixuana və psixoaktiv dərmanlardan istifadə ittihamı ilə istintaq aparılırdı.