“PARA BOKT”un yığılmış zərəri 51 mln. manatı ötüb – Hesabat

“PARA BOKT”un yığılmış zərəri 51 mln. manatı ötüb – Hesabat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“PARA BOKT” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “PARA BOKT” 1 milyon 42 min manat zərər edib. 2022-ci ildə kredit təşkilatı 1 milyon 825 min manat zərər etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18% azalaraq 4 milyon 51 min manat, dəyərsizləşmə üzrə zərərləri 32% azalaraq 3 milyon 829 min manat, işçi heyəti üzrə xərcləri 18.7% azalaraq 282 min manat, ümumi inzibatı xərcləri isə 5% azalaraq 1 milyon manat təşkil edib. Beləliklə kredit təşkilatı ötən il 1 milyon 42 min manat əməliyyat zərəri ilə üzləşib.

Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 14.4% və ya 3.5 milyon manat azalaraq 21 milyon 109 min manat olub.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 18% azalaraq 12,1 milyon manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 60%-dən 57.5%-ə enib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 6% və ya 2.5 milyon manat azalaraq 39 milyon manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə 29 milyon 266 min manat nizamnamə kapitalına malik olan “PARA BOKT”un yığılmış zərəri 50 milyon manatdan 51 milyon 47 min manata yüksəlib.