“Ordunun mövqelərinin yeni və müasir texnika ilə təchiz edilməsi prosesi davam edir”.
Tribunainfo.az xəbər verir ki, bunu noyabrın Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
O deyib ki, bu, həm döyüş növbətçiliyində olan hərbçilərin təhlükəsizliyini, həm də dövlət sərhədinin ümumi təhlükəsizliyini xeyli artırır. “Hərbi-texniki əlaqələrin genişləndirilməsi və silahların şaxələndirilməsi Ermənistanın təhlükəsizlik arxitekturasının əsas istiqamətləridir. Məhz bu məntiqlə Silahlı Qüvvələrin modernləşdirilməsi üzrə işlər davam etdirilir”.
Sonda nazir vurğulayıb ki, Ermənistan silah və ordusundan yalnız bir məqsəd üçün istifadə edəcək: “Ərazi bütövlüyü və suverenliyini qorumaq”.
Fərda Uğur










