31 dekabr 2022-ci ildə vəfat edən keçmiş Papa XVI Benediktin Almaniyanın Bavariya şəhərində kilsəyə vəsiyyət etdiyi xaç oğurlanıb.
Tribunainfo.az-ın xəbərinə görə, Bavariya əyalət polisindən verilən açıqlamada, Traunstein qəsəbə kilsəsinin divarındakı vitrin naməlum şəxslər tərəfindən sındırıldığı bildirilib. Polis həmçinin kilsədəki seyfdən pulun oğurlandığını bildirib.
“Dini obyektin katolik kilsəsi üçün dəyəri ölçülə bilməz” deyən polis bəyanatında və kilsənin ətrafında şübhəli insanları görən hər kəsi bu barədə polisə məlumat verməyə çağırıb.