Papanın vəziyyəti ağır olaraq qalır

Papanın vəziyyəti ağır olaraq qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransiskin vəziyyəti kritik olaraq qalır.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir ki, 88 yaşlı pontifik ötən günlərdən daha pisdir və ona qan köçürülüb.

Vatikan, papanın ayıq olduğunu, lakin böyük həcmdə oksigen tələb etdiyini bildirib.

Xatırladaq ki, Roma Papası ötən həftə xəstəxanaya yerləşdirilib. Daha sonradan, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və vəziyyətinin ağır olduğu bildirilib.