PAPANIN VARİSİ KİM OLACAQ? – MARAQLI NAMİZƏDLƏR

PAPANIN VARİSİ KİM OLACAQ? – MARAQLI NAMİZƏDLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin ruhani lideri Papa Fransisk yenidən İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına aparılıb.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, yaşının gətirdiyi sağlamlıq problemləri səbəbiylə həftəlik rutin nəzarəti üçün xəstəxanaya gedən 86 yaşlı Papa qarın əməliyyatı üçün xəstəxanada qalıb.

10 il ərzində bir çox sağlamlıq problemi ilə üzləşən Papanın sağlamlıq müayinələri yaxşı görünmədiyi üçün əməliyyat olunmasına qərar verilib.

Papa Fransisk yeniyetməlik illərindən bəri bir ağciyərlə yaşayır. Bu, onun sələfi Papa XVI Benedikt kimi səhhətindəki problemlərə görə istefa verib-verməyəcəyi sualını doğurur. Papa Fransisk özü son çıxışında vəsiyyətinin əvvəlində artıq istefa ərizəsi yazmışdı.

Çoxlarını düşündürən əsas sual Xorxe Berqoglionun (papalığa gəlməmişdən əvvəl Papa Fransisin adı) varisinin kim olacağı sualıdır. Bu, pərdə arxasında yumşaq mübarizələrə qapı açan problemli bir məsələdir, xüsusən də Şimali Amerikadan, Afrikadan, Şərqi Asiyadan bəzi adlar var.

Kanadalı kardinal Mark Ouelle 1944-cü ildə Kanadanın Kvebek şəhərində anadan olub. 1968-ci ildə keşiş təyin edildi.

2001-ci ildə Papa II İohann Pavel tərəfindən yepiskop seçilən Ouelle həm Papa II İohann Pavel, həm də ondan sonra hakimiyyətə gələn 16 Benediktə yaxınlığı ilə tanınırdı. Hazırda Vatikanda Yepiskoplar Sinodunun rəhbəri olan Ouelle Müqəddəs Taxt-tacda tanınmış simadır.

Ouellenin papalığa seçilməsi Vatikan tarixində yeni geosiyasi reallıq demək olacaq və onu Roma Katolik Kilsəsinin tarixində Şimali Amerika qitəsindən ilk papa edəcək.