Papa Fransiskin 88 yaşında vəfat etməsi dünya ictimaiyyətinə geniş təsir bağışlayıb. Tribunainfo.az xəbər verir ki, yeni Papanın seçilməsi prosesi rəsmən başladığı bir vaxtda Vatikan Fransisin açıq tabutda çəkdirdiyi fotoları yayımlayıb.
Dünən axşam Santa Marta Şapelində keçirilən “Papanın ölümünün təsdiqi” mərasimində çəkilən bu görüntülər Papanın cənazəsinin rəsmi hazırlıq prosesini göstərir.
“Kardinal Kevin Farrelin sədrliyi ilə keçirilən mərasim bir saatdan az davam edib və Katolik Kilsəsinin ənənəvi rituallarına uyğun keçirilib”, – Vatikan sözçüsü bildirib. Serebral iflicdən vəfat edən Papa Fransiskin ölümündən sonra kardinallar bu səhər Vatikanda toplaşaraq dəfn mərasimini və yeni Papanın seçilməsini planlaşdırmağa başlayıblar. Dəfn mərasiminin keçən il Frensis tərəfindən təsdiqlənmiş qaydalara əsasən cümə və bazar günləri arasında keçiriləcəyi gözlənilir.
Dəniz Pənahova