Katolik kilsəsi pedofilliyə qarşı tolerant olmamaqla bağlı siyasətini davam etdirməlidir.
Katolik kilsəsi pedofilliyə qarşı tolerant olmamaqla bağlı siyasətini davam etdirməlidir.
TIA.AZ xəbər verir ki, bu barədə bəyanatı Roma Papası Fransisk yayıb.
“Biz bütün gücümüzlə bu dəhşətli cinayətin aramızda yayılmaması üçün çalışacağıq. Biz bəzi nümayəndələrimizin günahlarını etiraf edirik. Bu günahlara görə utanırıq”, – papa bildirib.
Qeyd edək ki, Papa bundan öncə pedofilliklə bağlı araşdırmadan imtina edən yepiskopların öz vəzifələrindən azad ediləcəyini açıqlamışdı.