backend

Papa və kralları uşaqları ovlayır, başını kəsib qurban verirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ədalət Məhkəməsi Doqquzuncu Dairə Şeytan Kultu adlı qlobal təşkilatın cinayətlərini açıb. 

Beynəlxalq Ədalət Məhkəməsi Doqquzuncu Dairə Şeytan Kultu adlı qlobal təşkilatın cinayətlərini açıb.

Publika.az xəbər verir ki, təşkilata Avropanın ən nüfuzlu kral ailələrinin üzvləri, Vatikan iyerarxları, hökumətin və xüsusi xidmət orqanlarının ən yüksək vəzifəliləri daxildir. Şeytan kultu keçmişdən günümüzə qədər mövcud olub və orada Üçüncü Reyxin üzvləri də təmsil olunublar. Hazırda müasir dünya elitasının nümayəndələri kultun üzvləridir. Onlar qara magiyaya inanırlar.

Beş beynəlxalq hakimin apardığı araşdırmada məlum olub ki, dünya elitasının üzvlərindən ibarət olan kult insanların oğurlanaraq qətlə yetirilməsi, uşaqların zorlanması kimi cinayətlər törədiblər. Qurbanların qətlləri, zorlanma halları Vatikan katolik kilsəsinin katakombalarında, şəxsi malikanələrdə, meşələrdə və Belçika, Hollandiya, İspaniya, Avstraliya, İrlaniya, Fransa, İngiltərə və ABŞ-dakı hərbi bazalarda həyata keçirilib.

İrlaniyada, İspaniyada və Kanadada ən azı 34 kütləvi uşaq məzarlığı var. Həmin ölkələrin hökumətləri və İngiltərə Kral ailəsinin üzvləri, həmçinin katolik kilsəsinin nümayəndələri bu məzarlığın açılmasına icazə vermirlər.

Doqquzuncu Dairənin Şeytan Kultunun üzvləri bunlardır: Roma Papası Fransisk, Kanadanın birləşdirilmiş kilsəsi, Katolik kilsəsi, kilsə kardinalları, Avropa kral ailələrinin üzvləri, kraliça Yelizaveta və şahzadə Filipp də daxil olmaqla Kanadanın, Avstraliyanın, Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, İrlandiyanın vəzifəli şəxsləri, hərbiçilər, dövlət məmurları, siyasətçilər, biznesmenlər.

Məhkəməyə danışan şahidlər deyirlər ki, kultun üzvləri yeniyetmələrə narkotik vururdular, onları lüt soyunduraraq zorlayırdılar. Daha sonra onları meşələrə buraxaraq vəhşi heyvanlar kimi ovlayırdılar.
Qadın şahid danışır ki, ov üçün qurbanlar Hollandiya və Belçikada həddi-buluğa çatmamış uşaqların saxlanıldığı internatdan gətirilirdi.

2004-cü ildə mən bilmədən bu işgəncələrə, zorlamalara və qətllərə şahid oldum. Uşaqlara Niderlandın yüksək vəzifəli məmurları tərəfindən narkotika verilmişdi. Mən Belçikada, Brüssel yaxınlığında ova getmişdim. Orada gördüm, təxminən 16 və 14 yaşınlda olan oğlanla qız ov zamanı öldürüldü. Bu ov mərasimi Niderland Kralının qvardiyası tərəfindən qorunurdu. Mənə dedilər ki, Belçikanın kralı Albert də orada idi“.

Uşaq və yeniyetmə olan zamanı bu kultun cinayətlərinin qurbanına çevrilmiş dörd şahid hər şeyi danışıb. Zərərçəkmişlər bildirirlər ki, onların saxlanıldığı yerdə bir çox uşaq zorlanıb və öldürülüb. Öldürülən oğlan uşaqlarının cinsiyyət orqanları Hollandiyada sarayların birində ov qənimətləri kimi divardan asılıb. Bu ov əyləncələrinin bəziləri Belçika kraliçası Beatriksin sarayının ərazisində keçirilirdi.

Hollandiyalı terapevt Toos Neyenxeysa danışır ki, o, dörd il ərzində uşaqların qətlinin şahidi olub: “Həmin ovda keçmiş Papa Yozef Ratsinqer (XVI Benedikt), holland katolik kilsəsinin kardinalı və şahzadə Bernard iştirak edirdi“.

Daha bir şahid təsdiq edir ki, “Mən Yozef Ratsinqerin qızı necə öldürdüyünü gördüm. Bütün bunlar 1987-ci ildə Fransadakı qalada baş verirdi. Ratsinqer və Bernardın da iştirak etdiyi qətl mərasiminə bir çox məşhur insanlar qatılmışdı“.

Kütləvi uşaq məzarlıqlarından ən böyüyü 2008-ci ildə Kanadanın Brantforde ərazisində tapılıb. Lakin hökumət bunun araşdırılmasına icazə vermədi.

2013-cü ildə Kamlups şəhərindəki katolik internatında 10 uşaq kraliça Yelizavetanı və şahzadə Filippi tanıdılar. Bu şəxslər onlara işgəncələrin verilməsi və zorlanmasında iştirak etmişdi.

Bu kult 1933-cü ildə Yezuitlər Ordeni və Vaffen SS adlı nasist ordeni ilə birgə yaradılıb. Arxiv yazılarına görə, Yozef Ratsinqer (keçmiş Papa XVI Benedikt) Almaniyanın Ravensbryuk həbs düşərgəsinə nəzarət edən SS kapellanının köməkçisi idi. O, həmin vaxt “Qaranlığın Cəngavərləri”ndən biri olaraq da tanınırdı. Ratsinqer uşaqların qurban verildiyi mərasimlərində iştirak edirdi. Belə mərasimlərdə qurbanlar düşərgələrdəki uşaqlardan və siyasi dustaqların övladlarından seçilirdi.

“Magisterial Privilege” adlı digər sənəddə göstərilir ki, uşaq qurbanlarının verildiyi mərasimlər Vatikanda ənənəvi haldır.

Kaliforniyanın San-Dieqo şəhərindən olan şahid iddia edir ki, o, Vatikanın altındakı katakombalarda bədəninə narkotika yeridilmiş üç yaşlı oğlanın qurban verildiyini görmüşdü. Belə mərasimlərdə uşaqların başı kəsilir və bədəni parçalanır. Onlar şeytana qurban verilirlər.

Bütün maneələrə baxmayaraq, hazırda məhkəmə işi davam etdirilir. Lakin bu prosesin sona qədər aparılacağının mümkün olacağı şübhə altındadır.