Papa Quranın yandırılmasını pislədi

Papa Quranın yandırılmasını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Katoliklərin ruhani lideri Papa Fransisk Birləşmiş Əərb Əmirliklərinin “Əl-İttihad” qəzetinə müsahibə verib.

Tribunainfo.az xəbər verir ki, Papa keçən həftə İsveçdə Quranın yandırılması aktını pisləyib.

Papa, nümayişə ifadə azadlığının bir forması olaraq icazə verildiyi üçün qəzəbləndiyini bildirib:
“İfadə azadlığı heç vaxt başqalarına xor baxma vasitəsi kimi istifadə edilməməlidir. Müqəddəs sayılan hər kitaba və ona inananlara hörmət edilməlidir”.
Qeyd edək ki, keçən həftə qaçqın olduğunu deyən bir şəxs İsveçin paytaxtı Stokolmda Quranı yandırara aksiya keçirib.
İsveç hakimiyyətinin aksiyaya icazə verməsi isə bir sıra müsəlman ölkələrinin reaksiyasına səbəb olub.