Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
TİA.AZ BBC-ə istinadən xəbər verir ki, bu haqda məlumatı baş katib özü verib. O, yanvarın 1-də səlahiyyətləri başa çatdıqdan sonra qısamüddətli istirahət etmək, daha sonra isə Koreyaya qayıtmaq niyyətində olduğunu bildirib:
“Cənubi Koreyaya qayıtdıqdan sonra öz ölkəmə necə kömək edə biləcəyimlə bağlı düşünəcəyəm. Prezidentliyə namizəd olmaq ehtimalımı istisna etmirəm”.
Qeyd edək ki, Cənubi Koreyada növbəti prezident seçkisi 2017-ci ilin dekabrında baş tutmalıdır. Lakin Konstitusiya Məhkəməsi Pak Kın Heni hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul edərsə, seçkilər qərardan 60 gün sonra keçiriləcək.