Pamela Anderson makiyajsız həyatın gözlənilməz üstünlüklərini açıqladı

Pamela Anderson makiyajsız həyatın gözlənilməz üstünlüklərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı aktrisa və kanadalı model Pamela Anderson makiyajdan imtina etməyin həyatında yaratdığı dəyişikliklərdən danışıb. Tribunainfo.az xəbər verir ki,onun sözlərini People jurnalı yayıb.

58 yaşlı “Malibu xilasçıları” (“Baywatch”) ulduzu bildirib ki, makiyajdan imtina etdikdən sonra daha çox azad vaxtı və özünə inamı yaranıb. Bununla belə, o, bu qərarı verməyin onun üçün asan olmadığını da etiraf edib.

“Bu, üzərində işlənməsi gərəkən bir bacarıqdır. Evdən çıxarkən – istər makiyajla, istərsə də onsuz – özünü rahat və inamlı hiss etməyi öyrənmək lazımdır. Mən sadəcə düşündüm ki, bu ‘dəli qatardan’ düşmək istəyirəm. İlk düşənlərdən biri olub görmək istəyirəm ki, makiyajsız həyatda əslində nə baş verir,” – deyə aktrisa bildirib.

Pamela Anderson son illərdə təbii gözəllik və özünü olduğu kimi qəbul etmək ideyasını müdafiə edir. O, qırmızı xalça tədbirlərində belə makiyajsız görünərək bu trendlə fərqlənir.

Qeyd edək ki, daha əvvəl Anderson tam fərqli imicə keçərək sosial şəbəkələrdə böyük maraq doğurmuşdu.

 

İmran Kərimli