Paltaryuyan üstündə qardaşını öldürdü

Paltaryuyan üstündə qardaşını öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Arnavutköy qəsəbəsində atalarına paltaryuyan maşın almaq üçün yığılan pullar üstündə mübahisə edən iki qardaş arasında çıxan dava dəhşətli bitib.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, parkda görüşən iki qardaşdan biri Seyfi T. böyük qardaşı Cəmil T.-ni bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Cəmil T. iki gün sonra dünyasını dəyişib.

Ətrafdakılar vəziyyəti polisə və sağlamlıq qruplarına bildirərək qan itirən Cəmil T.-yə tampon vurublar. Həkim qrupları yaralını Çam və Sakura Şəhər Xəstəxanasına aparıb, iki gün reanimasiyada müalicə alan Cəmil T. bu gün dünyasını dəyişib. Polis hadisədən sonra qaçan şübhəli Seyfi T.-nin tutulması üçün əməliyyata başlayıb.