Təbii təmizləmə tövsiyələri sayəsində çamaşır yumaq artıq evdar qadınların kabusu deyil. Paltaryuyan maşına 8 şabalıd atsanız…
Tribunainfo.az Ensonhaberler-ə istinadən bildirir ki, bəzi məsləhətlər sayəsində çamaşır yumaq çox asanlaşa bilər.
Daim deterjanla təmasda olan çamaşırlarımızın yuyulmasında təsirli olan təbii təmizləyici vasitələrə çox vaxt üstünlük verilsə də, camaşırxana təmizliyində daha maraqlı və qeyri-adi təbii üsullar kəşf edilir.
Evdə paltar yuyan zaman təbii məhsulların təsirli təmizləmə gücündən faydalanmaq mümkündür.
Daim yuyucu vasitələrə pul xərcləmək əvəzinə bu üsulu sınaqdan keçirə bilərsiniz.
Faydaları ilə seçilən şabalıdın çamaşırlara təsiri sizi təəccübləndirəcək. Bunun üçün sadəcə 8 ədəd paltaryuyan maşına atmaq kifayətdir.
Qış aylarının vazkeçilməzləri olan 8 şabalıdı dördə bölüb bankaya qoyun. Bankanı qaynar su ilə doldurun və 2 saat gözləyin.
Bankanı yaxşı silkələyin və suyu süzün. Paltar yuyarkən bu suyu maye yuyucu vasitə kimi istifadə edə bilərsiniz. Beləliklə, çamaşırlarınız mirvari kimi parlayacaq.