800-dən çox qida və qeyri-qida məhsullarının Azərbycan bazarına ixracını həyata keçirən “Azrib” MMC şirkəti məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, “Azrib”lə bağlı iddianı keçmiş əməkdaş Ağababayev Pərvin Hicran oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. Tərəflər əmək münasibətləri üzrə mübahisə yaşayır.
Şirkətlə bağlı işə 26 dekabr tarixində Abşeron rayon Məhkəməsində baxılacaq. İş hakim Elman Məmmədovun icraatındadır.
Qeyd edək ki, “Azrib” MMC “Pakmaya”, “Salina”, “Selva”, “Dalan” kimi məhsulların daşıyıcısıdır. Şirkətin qanuni təmsilçisi Ələsgərov Bayram İqaf oğludur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar