Pakistanlı general Bakıya gəldi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Bakıda səfərdədir. 

Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Bakıda səfərdədir.

FHN-dən TİA.AZ-a verilən məlumata görə, Pakistan nümayəndə heyəti, əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə və nazir müavini Tapdıq Əmiraslanovun iştirakı ilə Pakistan nümayəndə heyəti ilə görüş keçirilmişdir. Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları salamlayan nazir müavini Faiq Tağızadə nazirliyin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin uyğun qurumları ilə əməkdaşlıqdan ətraflı bəhs edib. Nazir müavini vurğulayıb ki, dost və qardaş ölkə olan Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyi ilə məhsuldar əməkdaşlığın böyük potensialı var.
 

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayat bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanın paytaxtı Bakının gözəlliyi nümayəndə heyətində böyük təəssürat yaradıb. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin FHN Akademiyası və Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində də olması planlaşdırılır.