Pakistanın baş naziri Şahbaz Şərif telefon danışığında Türkiyənin Pakistana verdiyi dəstəyə görə prezident Ərdoğana təşəkkürünü bildirib.
Tribunainfo.az xəbər verir ki, Hindistanla başlayan müharibədə sahədəki son hərbi vəziyyətlə bağlı Ərdoğanı məlumatlandırdığını ifadə edən Şərif, “Pakistan Türkiyənin Cənubi Asiyada gərginliyi azaltmaq və sülhü qorumaq üçün göstərdiyi səylərə görə minnətdardır”, – deyib.
Türkiyənin Pakistana verdiyi dəstəyə görə təşəkkürünü bildirən Şərif, toqquşmalarda həyatını itirən pakistanlılar üçün dua edən türk vətəndaşlarını təqdir etdiyini qeyd edib.
Dəniz Pənahova