Pakistandan şok açıqlama: “40 min pakistanlı yoxa çıxıb, İran onlardan təxribatçı kimi istifadə edə bilər”

Pakistandan şok açıqlama: “40 min pakistanlı yoxa çıxıb, İran onlardan təxribatçı kimi istifadə edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Daxili İşlər Nazirliyi ötən gün şok açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, nazirlik bir neçə ildə 40 min pakistanlının ölkəni tərk etdiyini və yoxa çıxdığını bildirib.

Məlumatda qeyd edilir ki, həmin şəxslər əsasən İran və İraqa gediblər.

İslamabaddakı mənbələr isə qeyd edir ki, 40 min pakistanlının SEPAH-ın  rəhbərliyi və dəstəyi ilə fəaliyyət göstərən “Zeynəbiyun” və “Fatimiyun” proksi qruplara qoşulduğu güman edilir. “Həmin şəxslərin müxtəlif adlar altında İraq, Livan, Suriya, Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşdirildikləri və lazım olan zaman onlardan təxribatçı kimi istifadə olunacağı iddia olunur”.

Fərda Uğur