Pakistan ordusunun 3 qırıcısı Kəşmirin Hindistanın nəzarətində olan hava sahəsinə daxil olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan hökuməti məlumat yayıb. Məlumatda bildirilir ki, Hindistan ordusunun hərbi təyyarələri bunun qarşısını alıblar. Hadisə səbəbindən Kəşmirdəki Srinaqar Hava Limanı 3 saat bağlı olub.
Hindistan Hava Qüvvələrinə aid təyyarələrdən birinin Cammu Kəşmir bölgəsində düşdüyü və 3 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, dünən də Hindistanın hərbi təyyarələri Pakistan ərazisini bombardman etmişdi.