Pakistanın Laxor şəhərindəki ticarət mərkəzində partlayış baş verib.
Pakistanın Laxor şəhərindəki ticarət mərkəzində partlayış baş verib.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində binanın bir hissəsi uçub, qonşu binalara ziyan dəyib. Nəticədə 7 nəfər həlak olub, 15 nəfər yaralanıb. Polis hadisənin səbəblərini araşdırır. Hadisənin terror aktı olması da istisna edilmir.
Partlayışdan bir neçə saat sonra Laxor şəhərində ikinci partlayış baş verib. Partlayış “Fast Food” restoranının yaxınlığında olub. Partlayış zamanı ölən və xəsarət alanlar barədə məlumat verilmir.