Pakistan İrandakı terrorçuların sığınacaqlarına zərbələr endirdiyini təsdiqləyib

Pakistan İrandakı terrorçuların sığınacaqlarına zərbələr endirdiyini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, səhər saatlarında Pakistan antiterror əməliyyatı keçirib, bu əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətlərində “terrorçuların sığınacaqlarına” hücumlar həyata keçirilib.

“Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətlərində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq hədəflənmiş bir sıra hərbi zərbələr endirib”, – press-relizdə deyilir. “Mövcud kəşfiyyat məlumatları əsasında həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda bir neçə terrorçu məhv edilib”.

Tribunainfo.az