Pakistan İrandakı terror obyektlərinə hücum edibbackend

Pakistan İrandakı terror obyektlərinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pakistan İranın Sistan-Bəlucistan bölgəsində terrorçuların hədəflərinə hücum etdiyini açıqlayıb. 
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatın kəşfiyyat məlumatlarına əsaslandığı ifadə edilib.

İran ordusu Pakistandakı “Ceyş əl-Ədl” təşkilatının düşərgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Bunun üzərinə İslamabad administrasiyası Tehrandakı səfiri geri çağırıb. Pakistan İranın hücumlarına cavab olaraq əks addımlar atmağa başlayıb.
Pakistanın Xarici İşlər Nazirliyi İranın Sistan-Bəlucistan əyalətindəki terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və xüsusi olaraq dəqiq hədəflənmiş bir sıra hərbi hücumların həyata keçirildiyini açıqlayıb.