Paket çaylar qəfil ürək dayanmasına səbəb olur — VİDEObackend

Paket çaylar qəfil ürək dayanmasına səbəb olur — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müxtəlif bitki çaylarının insan orqanizminə müsbət təsirləri olsa da, bəzi çay növlərinin zərərləri də mövcuddur.

Ölkəmizdə ən çox istifadə edilən çay növlərindən biri də birdəfəlik dəmlənən paket çaylarıdır.

Bu çaylarla bağlı alimlərin xəbərdarlığı var. Belə ki, çayların dəmlənməsi üçün bükülən paketlərin tərkibində zəhərli birləşmələr var ki, bu da orqanizm üçün təhlükə mənbəyidir.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, paket çaylar zamanla ürək-damar problemlərinə və qəfil ürək dayanmasına gətirib çıxarır:

“Paket çaylarda istifadə olunan kimyəvi maddələr insan orqanizmində xərçəng xəstəliklərinin yaranmasına, mədə-bağırsaq problemləri, yaddaşın zəiflənməsi və sonsuzluq kimi fəsadlara yol açır”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, paket çaylarının hazırlanmasında istifadə edilən bağlama yalnız qida ilə birbaşa təmasına icazə verilən materialdan hazırlanır və mütəmadi olaraq agentliyin əməkdaşları tərəfindən yoxlamalar aparılır.

Ətraflı APA TV-nin süjetində: