“Shazeli Group” MMC-yə ticarət qaydaları əleyhinə olan (Qiymət intizamının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddələri ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır. Şirkətə ötən il də eyni maddə ilə protokol tərtib edilib.
“Park Bulvar” və “28 Mall” ticarət mərkəzlərində fəaliyyət göstərən “Pakdad” restoranlar şəbəkəsi “Shazeli Group” MMC-yə məxsusudur. Şirkətin qanuni təmsilçisi Mirzəyev Rafiq Mirzəbala oğludur.