Azərbaycanın mətbuat tarixində “Səs” qəzetinin özünəməxsus yeri və rolu var.
Azərbaycanın mətbuat tarixində “Səs” qəzetinin özünəməxsus yeri və rolu var.
TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki səhifəsində yazıb.
“Bu qəzet müstəqil və suveren Azərbaycan uğrunda fədakarcasına mübarizə apararaq şərəfli bir yol keçib. Həmişə və ən çətin məqamlarda da ulu öndər Heydər Əliyev ideallarına sədaqət nümunəsi göstərən “Səs” qəzeti bu gün də bu yolda ön sıradadır.
Tutduqları bu şərəfli və məsuliyyətli yolda “Səs” qəzetinin bütün kollektivinə ən xoş arzular”, – PA rəsmisi qeyd edib.
Xatırladaq ki, “Səs” qəzeti bu gün 26 yaşını qeyd edir. Həmkarlarımızı təbrik edirik.