Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sentyabrın 1-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
Tribunainfo.az xəbər verir ki, bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların sayı 6 milyon 421 min 960 nəfərdir.
İşğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi yaradılıb.
Seçki prosesini 598 beynəlxalq müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir. Səsvermə saat 19:00-da başa çatacaq.