Ağstafada özünü yandıran qazi ölüb.
“Unikal”ın yerli bürosunun məlumatına görə, Ağstafa rayon sakini – 1992-ci il təvəllüdlü Elvin Alıyev bu gün səhər saatlarında Bakı şəhərində yerləşən Yanıq Mərkəzində həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki hadisə iyunun 18-də Ağstafa rayonunun ərazisində qeydə alınıb.
Belə ki, Ağstafa şəhər Füzuli küçəsinin sakini olan 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, dərhal ona tibbi yardım olunub. İlkin müayinə zamanı E.Alıyevin bədənin 70 faizinin yanığı diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğundan Bakı şəhəri Yanıq Mərkəzinə göndərilib.
Qeyd edək ki Vətən Müharibəsi qazisi olan E.Alıyev üzərinə neft tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.