“Özünü və başqalarını xilas et” layihəsi uğurla yekunlaşıbbackend

“Özünü və başqalarını xilas et” layihəsi uğurla yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində qalib olmuş “Özünü və başqalarını xilas et” layihəsi fəaliyyət planı üzrə təlimlər həyata keçirilmiş və layihə uğurla yekunlaşıb

Layihə çərçivəsində Gəncə şəhəri və Göygöl rayonunda hər birində 30 şagirdin iştirakı ilə ümumilikdə 60 şagird üçün aşağıdakı istiqamətlər üzrə təlimlər keçirilib.
Fövqəladə hallar onların təsnifatı və xüsusiyyətləri;
Fövqəladə vəziyyətdə psixoloji vəziyyəti necə qorumalı?;
İlkin tibbi yardım qaydaları;
Mövsümdən asılı olaraq fövqəladə vəziyyətlərdə necə davranmalı?.

Qeyd edək ki, layihə çərçivəsində 2 şəhər və rayondan olmaqla ümumilikdə 60 şagird əhatə olunmuş, iştirakçılar üçün 3 mövzuda 6 təlim və 1 vörkşop keçirilmiş, 1 infotur, açılış və bağlanış mərasimləri təşkil edilib. Əlavə olaraq layihə mövzusu istiqamətində daha çox auditoriyanın maarifləndirməsi məqsədilə 3 mövzulu animasiya hazırlanıb və 200-dən çox buklet və flayerlər hazırlanaraq paylanılıb.