Özünü PEYĞƏMBƏR elan etdi, 251 uşaq GİROV götürdü

Özünü PEYĞƏMBƏR elan etdi, 251 uşaq GİROV götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabvedə peyğəmbərliyini elan edən 56 yaşlı İsmail Çokurongerva uşaqlara qarşı zorakılıqda ittiham olunub.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Chokurongerva-nın şəxsi mülkiyyətinə polislər hücum edib. Əməliyyat zamanı burada saxlanılan 251 uşaq xilas edilib. Uşaqlardan 246-nın doğum haqqında şəhadətnaməsinin olmadığı bildirilib.

Uşaqların ucuz işçi qüvvəsi kimi istifadə edildiyi iddia edilərkən, şəxsi mülklərdə həyatını itirən uşaqlara aid olduğu güman edilən nişansız qəbirlər də tapılıb.

Cümə axşamı məhkəməyə yeddi tərəfdarı ilə birlikdə gələn Çokurongerva həbs edilib.