“Özsüt”dən yemək masasında tarakan olmasına münasibət : ““Gənclik Mall”ın içində bəzən olur” – FOTO

“Özsüt”dən yemək masasında tarakan olmasına münasibət : ““Gənclik Mall”ın içində bəzən olur” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özsüt” restoran və kafe şəbəkəsinin “Gənclik Mall” filialı ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə etirazlara səbəb olub.

Tribunainfo.az Pravda.az-a istinadən xəbər verir ki, müştərilərdən biri yemək yediyi masada tarakan olması barədə fotonu paylaşaraq yazıb:

““Özsüt”ün “Gənclik Mall” filialında belə bir hal yaşadıq. Yemək masasında tarakan. İşçilərə bildirdik, gəlib salfetka ilə öldürdülər”.

Məsələ ilə bağlı “Özsüt”ün “Gənclik Mall” filialından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müştəriyə üzrxahlıq edilib: “Restoran vaxtlı-vaxtında hər ay iki dəfə dərmanlanır. “Gənclik Mall”ın içində bəzən tarakan olur. Digər restoranların dərmanlanıb-dərmanlanmaması ilə bağlı dəqiq məlumatımız yoxdur. “Özsüt”də isə ayın əvvəlində və ortasında dərmanlama işi aparılır. Qonaqlara yaxınlaşdıq, üzrxahlıq etdik. Təbii ki, heç kim belə bir halın baş verməsini istəməz”.