Bakının bir çox yerində şəbəkəsi olan məşhur “Özsüt Azerbaijan” restoranları məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Özsüt Azerbaijan” ilə bağlı məhkəmədə iddianı “Legion Hospitality” MMC qaldırıb. Tərəflər arasında mübahisəyə səbəb françayzinq müqaviləsinin pozulmasıdır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
“Özsüt Azerbaijan”ın işinə 8 aprel tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar