“Özsüt Azerbaijan”la bağlı nə qərar veriləcək?

“Özsüt Azerbaijan”la bağlı nə qərar veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Azərbaycandakı məşhur restoranlar şəbəkəsi olan “Özsüt Azerbaijan” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbərinə görə, məlum olub ki, “Özsüt Azerbaijan” İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Özsüt”lə bağlı işə 17 dekabr tarixində Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Özsüt Azerbaijan” MMC-nin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar