Xəbər verdiyimiz kimi, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə mitinq keçirilib.
Tribunainfo.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl mitinqdə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün imza toplama kampaniyasına start verəcəklərini elan edib.
Özəl İstanbulda keçirilən mitinqdə çıxışı zamanı bildirib:
“Sabahdan etibarən İstanbul meri Əkrəm İmamoğlunun azadlığa buraxılması və erkən seçkilərin keçirilməsi üçün imza toplamağa başlayırıq”.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib, lakin müxalifət növbədənkənar seçkilərin tez bir zamanda keçirilməsinə çalışır.
Musavat.com