Son bir həftə ərzində Azərbaycanda iki özəl unversitet fəaliyyətini dayandırıb. “Təfəkkür” və “Qafqaz” universitetinin ləğv edilməsindən sonra digər özəl ali təhsil müəssisələrinin də bağlanacağı haqda fikirlər səsləndirlir.
Son bir həftə ərzində Azərbaycanda iki özəl unversitet fəaliyyətini dayandırıb. “Təfəkkür” və “Qafqaz” universitetinin ləğv edilməsindən sonra digər özəl ali təhsil müəssisələrinin də bağlanacağı haqda fikirlər səsləndirlir.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov AzVision.az-a bildirib ki, Azərbaycanda özəl universitetlər barmaqla sayılacaq qədərdir. Onların bağlanmasına yox, inkişafına dəstək vermək lazımdır.
Ekspertin fikrincə, Azərbaycanda özəl universitetlərə ehtiyac var: “10 il bundan qabaq 4 özəl universitetin bağlanması məsələsi qaldırılmışdı. O zaman Milli Məclisin komissiya sədri kimi prezidentə müraciət edərək bunun qarşısını aldım. Görünür, əsaslı səbəb var ki, iki özəl universiteti bağladılar. Bunun dəqiq səbəbini bilmirəm. Hesab edirəm ki, özəl universitetləri bağlamaq düzgün deyil. Əksinə özəl təhsil müəssisələrinin inkişafına şərait yaratmalıyıq”.
Şahlar Əsgərov vurğulayıb ki, bağlanan özəl universitetlərin yerinə yenisi açılmalı, bağlanmayıbsa, dövlət tərəfindən bazasının yaxşılaşdırılmasına kömək edilməlidir. “Əhalinin orta təbəqəsinin təhsil yükünün özəl universitetlərin çiyninə qoymaq cəmiyyət üçün xeyirlidir. Əgər varlı insanların övladları özəl universitetdə oxuyarsa, dövlət nuniversitetlərindəki yerləri kasıbların uşaqları tutacaq. Bu, cəmiyyət üçün faydalıdır”.