ÖZƏL LİSEYLƏR NİYƏ GERİLƏYİR ? – RƏY

ÖZƏL LİSEYLƏR NİYƏ GERİLƏYİR ? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon və kənd məktəblərinin şagirdlərinin özəl lisey şagirdlərindən qəbulda daha yüksək nəticə göstərməsinin birinci səbəbi özləri repetitor yanına gedib adları kənd məktəblərinə yazılan şagirdlərə görədir.

Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov kənd məktəb şagirdlərinin özəl lisey şagirdlərindən daha yüksək nəticə göstərməsinin səbəbləri barədə danışarkən deyib.

Ekspert bildirib ki, mərkəzi ərazilərdə, rayonlardakı nəticələr bəzən Bakı şəhərinin bir sıra məktəblərindən yüksək olur və bunun da bir neçə səbəbi var:

“Birincisi, şagirdlər 9-ci sinifə qədər Bakı məktəblərində oxuyurlar, 10-11-ci siniflərdə adlarını yazdırırlar rayon məktəblərinə. Onlar Bakı şəhərində hazırlıq kursları və repetitor yanına gedirlər. Çünki Bakı şəhərində bir çox məktəblər şagirdlərin dərsə davamiyyəti ilə bağlı ciddi tələblər qoyur və yaxud da direktorlar bəzən yüksək pul istəyirlər ki, uşaqların dərs buraxmağına göz yumsunlar. Valideynlər fürsətdən istifadə edərək uşaqları rayonlara yazdırırlar. Rayonlarda da buna Elm və Təhsil Nazirliyindəki məmurlar və yaxud da Regional Təhsil İdarələri göz yumurlar.
9-cu sinfi bitirəndən sonra kütləvi şəkildə Bakıda şagirdlər rayonlara doğru hərəkət edir və onların məhs qəbul imtahanındakı nəticələri o rayonun, kəndin adına yazılır. Halbuki onlar uzun müddət Bakı şəhərində təhsil alıblar.
Hətta olimpiadaların qalibi olan rayon, kənd məktəblərinin şagirdləri var ki, adları gedən məktəbin qapısını da tanımırlar.
Yəni bir çox hallarda bu nəticələr süni şəkildə olur”.

K.Əsədov həmçinin bildirib ki, ancaq bu o demək deyil ki, kənd və rayon məktəblərindəki şağirdlərin göstəriciləri zəifdir. Əksinə, rayon və kəndlərdə məktəblilərin dərs oxumaqdan başqa məşğuliyyəti yoxdur, asudə vaxtlarında belə dərs oxumağa məcburdular:

“Rayonlarda həmçinin təmiz hava, eyni zamanda mühit amili müsbət nəticə əldə etməyə öz köməkliyini göstərə bilir.
Bu iki səbəb kənd və rayon məktəblərini özəl liseylərdən üstün edir”.