Türkiyəli müğənni Özcan Dəniz erməni dilində mahnı oxumasına münasibət bildirib.
Türkiyəli müğənni Özcan Dəniz erməni dilində mahnı oxumasına münasibət bildirib.
Kult.az xəbər verir ki, ifaçı sosial şəbəkədə “Mi gna” mahnısının ermənicə olmasından xəbərsiz olduğunu bildirib.
“Mənim bir tərəfim musiqiçidir və heç bir millətin mahnısına düşmən ola bilmərəm. Radioda təsadüfən dinlədiyimiz mahnını hansı dildə olduğunu düşünmədən komandamla birgə ifa edib əyləndik və həmin anları sizinlə paylaşdıq. Çox sonra gələn mesajlardan erməni mahnısı olduğunu öyrəndim və sizin bu mövzudakı həssaslığınızı bildiyim üçün də videonu götürdüm. Biz yunanlarla belə mahnılarımızı bölüşürük. Bizim mədəniyyətimizdə mahnılara qarşı düşmənçilik yoxdur. Mənim ölkəmdə çoxlu sayda erməni olan vətəndaşımız varkən sizin kimi düşünə bilmərəm və düşünmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, mahnılara, melodiyalara, mədəniyyətlərə düşmənçilik olmaz. Siyasətə qarşı düşmənçilik olar.
Mən də nə siyasətçiyəm, nə də siyasi mövqeyi olan sənətçi. Sadəcə azərbaycanlı qardaşlarımızı bu haqlı qəzəblərindən dolayı anlayıram və də həssaslıq göstərirəm. Mən oraya pul qazanmaq üçün konsert və ya film gətirmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk filmləri ilə sizləri yaxınlaşdırmağa, sosial həyatınızı canlandırmağa çalışıram. Göstərdiyim səylərin xərclərimizin ödənməsindən başqa bir qarşılığı yoxdur. Mən dünyaya türk, kürd, laz, erməni, azərbaycanlı, ərəb, yunan, ingilis deyə baxmaram. Əgər baxsam sənətçi ola bilmərəm. İnsan kimi baxaram və insanlar arasında ayrıseçkilik salan siyasəti də əsla sevmərəm. Aranızda çox cahil və kor kimi baxan insanlar var, bizdə olduğu kimi. Onların təsiri altında olan bir cəmiyyət olmamağımızı istəyirəm. Sizləri sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir çıxarım yoxdur, amma bilin ki, mənim can qardaşımsınız. Biz eyni millətin və eyni torpağın övladlarıyıq”.