Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycanın Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşlər keçirməsi nəzərdə tutulub.