Özbəkistanın milli valyutası 48% ucuzlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Özbəkistan Mərkəzi Bankı bu gün ABŞ dollarının rəsmi məzənnəsini 48% artıraraq 8 100 sum səviyyəsində müəyyənləşdirib. 

 

 Özbəkistan Mərkəzi Bankı bu gün ABŞ dollarının rəsmi məzənnəsini 48% artıraraq 8 100 sum səviyyəsində müəyyənləşdirib. 

TİA.AZ  xəbər verir ki, qurum qərarını valyuta siyasətinin liberallaşdırılmasına başlaması ilə izah edib. 

Mərkəzi Bankdan verilən açıqlamada deyilir ki, sumun xarici valyutalara nisbətən məzənnəsi banklararası elektron ticarət əsasında və tələb-təklif əsasında formalaşacaq. Qurum bu əməliyyatlarda iştirakını minimuma endirib və ancaq kəskin dalğalanmalar zamanı bazara müdaxilə edə biləcək.