Özbəkistan millisi tarix yazdı

Özbəkistan millisi tarix yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Tribunainfo.az xəbər verir ki, özbəkistanlı futbolçular DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində BƏƏ ilə səfərdə 0:0 hesablı heç-heçə ediblər.

Özbəkistan millisi 18 xal toplayaraq A qrupunda ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan (14 xal) BƏƏ komandası Özbəkistan yığmasını qabaqlamaq şansını itirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.