Dəfələrlə sevgililəri ilə gündəmə gələn türkiyəli müğənni İrem Derici heç vaxt evlilik düşünmədiyini və uşaq sahibi olmaq istəmədiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, müğənni jurnalistlərin suallarını cavabnlandırarkən şəxsi həyatı ilə bağlı da danışıb. O bildirib ki, evliliyə bu qədər uzaq olan bir adamın ilk məşhur olan mahnısı (Kalbimin tək sahibinə) milyonlarla insanı evləndirib, toylarında səsləndirilib:
“Evliliyə bu qədər qarşı olan mənim kimi birinin oxuduğu mahnı milyonları evləndirdi. İnana bilmirəm ki, o mahnını mən oxumuşam. Hazırda daha yetkin bir münasibətim var. Çox da aşiq olan bir tip deyiləm. Evliliyi əsla düşünmürəm. Heç uşaq da istəmirəm. Böyük danışıram və danışacam da. Bu yaşdan sonra mənim üçün evlilik də, uşaq da çox gecdi. Eviliklə məşğul ola bilmərəm”.