Moskvanın Basman Rayon Məhkəməsi “Pervıy kanal” telekanalının keçmiş redaktoru Marina Ovsyannikova barəsində qiyabi həbs cəzası verib.
Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, məhkəmə Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilərək barəsində 8,5 il müddətinə həbs cəzası çıxarıb.
Məhkəmə, həmçinin ona dörd il müddətinə elektron və ya informasiya-telekommunikasiya şəbəkələrinin, eləcə də internet saytlarının idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib.
Xatırladaq ki, M.Ovsyannikova ötən il martın 14-də “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib. Həmin il iyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun əvvəli jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə isə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilib. Onun ötən ilin oktyabrında en dustaqlığından qaçdığı bildirilib. Hazırda jurnalistin harada olması məlum deyil.
