backend

Övladlarınızı öldürün, yoxsa biz öldürəcəyik – Kadırov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladlarınızı öldürün, yoxsa biz öldürəcəyik. 

Övladlarınızı öldürün, yoxsa biz öldürəcəyik.

TİA.AZ xəbər verir ki, bunu “Frans 24” televiziyasına müsahibəsində Çeçenistanda homoseksualların saxlanıldığı gizli Arqun həbsxanasından qaçan və adının açıqlanmasını istəməyən şəxslərdən biri söyləyib. O, artıq Çeçenistanın rəhbər şəxslərinin homoseksualların ailələrinə xəbərdarlıq göndərdiklərini bildirib:

“Onlar bizim ailələrə “övladlarınızı öldürün, yoxsa biz öldürəcəyik. Namusunuzu qanla təmizləyin” deyiblər. Bizimlə birgə həbs edilənlərdən birinə Arqunda işgəncə verildi, sonra o, ailəsinə təqdim edildi. Ailə oğullarını meşəyə aparıb, orada öldürdülər. Onu meşədə basdırdılar. Dəfn mərasimi belə təşkil etmədilər. Əgər evə getsəm, məni də öldürəcəklər”.

Qeyd edək ki, son günlər Çeçenistanda homoseksuallara qarşı hücumlar başlayıb. Homoseksuallar Qroznıdan 20 kilometr aralıda yerləşən gizli Arqun həbsxanasında saxlanılır. Rus aktivistlər və Qərb ölkələri Moskvadan təcili Çeçenistan lideri Ramzan Kadırova bu hücumları dayandırması üçün təzyiq etməsini istəyirlər. Kadırov isə öz növbəsində ölkəsində homoseksualların olmadığını söyləyir.