Övladlarına əsəbləşdi, 2,8 milyon dollarlıq sərvəti bu heyvana verdibackend

Övladlarına əsəbləşdi, 2,8 milyon dollarlıq sərvəti bu heyvana verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində baş verən inanılmaz hadisə böyük bir sərvətin miras münaqişəsini ortaya qoydu. Çində bir qadın üç uşağını vəsiyyətindən çıxarmaq üçün 2,8 milyon dollar sərvətini ev heyvanlarına vermək qərarına gəlib.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Şanxaylı qoca Liu, yetkin uşaqları tərəfindən baxımsız qaldıqdan sonra böyük bir qərar verdi.

Xəstə olanda belə onu ziyarət etmədiklərinə görə onlara qəzəbləndiyi deyilən Liu, uşaqlarına dərs vermək üçün onları varislikdən çxarıb.

Bütün pulunu ev heyvanlarına vermək istədiyini, lakin bunun Çində qanuni olmadığına görə heyvan klinikasına yatırıldığı bildirilib.

Liunun əmlakını idarə etmək və ölümündən sonra ev heyvanlarına qulluq etmək üçün yerli heyvan klinikası təyin edilib.